...

"Shell" Rusiyanın neft və qaz bazarından çıxır

Energetika Materials 8 Mart 2022 17:44 (UTC +04:00)
"Shell" Rusiyanın neft və qaz bazarından çıxır

Bakı. Ləman Zeynalova - Trend:

"Shell plc" bu gün Rusiyanın neft-qaz bazarından tədricən çıxmaq niyyətini açıqlayıb.

Trend-in şirkətə istinadən verdiyi məlumata görə, dərhal ilk addım olaraq şirkət Rusiya xam neftinin bütün spot alışlarını dayandıracaq. "Shell", həmçinin yanacaqdoldurma məntəqələrini bağlayacaq, Rusiyada aviasiya yanacağı və sürtkü yağlarının istehsalını mərhələli şəkildə dayandıracaq.

“Biz yaxşı bilirik ki, keçən həftə benzin və dizel yanacağı kimi məhsulların emalı üçün Rusiya xam neftinin partiyasını almaq qərarımız, tədarükün təhlükəsizliyini nəzərə alaraq qəbul edilmiş olsa da, səhv qərar idi və biz üzr istəyirik”, - deyə Shell-in baş direktoru Ben van Beurden bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti