Bakı. Trend:
Brent markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 5,28 faiz bahalaşaraq bir barrel üçün 110,44 dollar təşkil edib.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasının məlumatlarında bildirilib.
Saat 22:53 (Bakı vaxtı) üçün "Brent" markalı qiyməti 5,74 faiz artaraq 111 dollar olub.
Sonuncu dəfə aprelin 19-da "Brent" markalı neftin qiyməti 111 dollar səviyyəsində olub.
"WTI" markalı neftin fyuçers qiyməti 5,42% artaraq 107,95 dollar/barelə çatıb.