...

Səudiyyə Ərəbistanı Rusiyanı "OPEC+" ilə yeni sazişə daxil etmək niyyətindədir

Energetika Materials 23 May 2022 02:42 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı "OPEC+" ilə Rusiyanın da daxil olacağı saziş hazırlamaq istəyir.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" nəşrinə müsahibəsində ölkənin Energetika Nazirliyinin rəhbəri Əbdüləziz bin Salman deyib.

O qeyd edib ki, bazardakı qeyri-müəyyənlik fonunda yeni razılaşmanın təfərrüatları barədə danışmaq hələ tezdir, lakin OPEC+ “tələbat olarsa” hasilatı artıracaq.

Nazir, həmçinin qeyd edib ki, neft emalı zavodlarının gücü bazarda müəyyənedici amildir:

"Hər halda, son üç il ərzində bütün dünya təxminən 4 milyon barel neft emalı qabiliyyət gücünü itirib, onlardan 2,7 milyonu təkcə koronavirus pandemiyasının başlanğıcından olan müddətə aiddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti