Bakı. Trend:
"Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 23:20 üçun (Bakı vaxtı) 2,97 faiz bahalaşaraq 121,1 dollar/barel təşkil edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, saat 23:36 üçun (Bakı vaxtı) bahalaşma 3,09 faizə qədər artıb və "Brent" markalı neft 121,24 dollar/barel səviyyəsində alınıb-satılıb.
Son dəfə "Brent" markalı neftin qiyməti martın 24-ü 121 dollardan artıq olub.
"WTI" markalı neftin avqust fyuçerslərinin qiyməti isə 2,92 faiz artaraq 120,28 dollar/barel təşkil edib.