...

"ACWA Power" karbonsuzlaşdırma layihələri üzrə Azərbaycanla işləməyə hazırdır

Energetika Materials 4 İyun 2022 13:19 (UTC +04:00)
"ACWA Power" karbonsuzlaşdırma layihələri üzrə Azərbaycanla işləməyə hazırdır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti karbonsuzlaşdırma, hidrogen istehsalı layihələri üzrə Azərbaycanla işləməyə hazırdır.

Trend-in müxbiri xəbər verir ki, bunu ACWA Power" şirkətinin investisiyalar üzrə direktoru Klayv Terton Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiya zamanı deyib.

O, Azərbaycanın sıfır tullantı səviyyəsinə çatmaq üzrə flaqman ölkə olmağa hazır olduğunu qeyd edib.

"Qarabağ barədə danışarkən qeyd edim ki, bu bölgə həm günəş, həm də külək elektrik stansiyalarının quraşdırılması sahəsində böyük potensiala malikdir. Biz bu layihələrlə bağlı Azərbaycanla əməkdaşlığa hazırıq. Biz həm də karbonsuzlaşdırma, hidrogen istehsalı layihələri üzrə işləməyə hazırıq", - deyə o bildirib.

K.Terton əlavə edib ki, şirkət "ağıllı" şəhərlərin tikintisi üzrə əməkdaşlıqda da maraqlıdır.

"Bu layihələrin yaradılıması karbon qazı tullantılarının azaldılmasına və "yaşıl" texnologiyalar keçidinə yol açır", - o vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti