...

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu azaldıb

Energetika Materials 8 İyun 2022 10:32 (UTC +04:00)
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu azaldıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Ləman Zeynalova - Trend:

2022-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogen hasilatı 0,69 milyon barel/sutka səviyyəsində gözlənilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Bu proqnoz əvvəlki hesabatda 0,72 milyon barel/sutka səviyyəsində idi.

Hesabata əsasən, 2022-ci ilin birinci rübündə hasilat 0,7 milyon barel/sutka təşkil edib. İkinci rübdə hasilat 0,70 milyon barel/sutka, üçüncü və dördüncü rübdə 0,69 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,67 milyon barel/sutka olacaq. Əvvəlki hesabatda bu göstərici 0,7 milyon barel/sutka səviyyəsində idi

Gələn il rüblük hasilat birinci rübdə 0,68 milyon, ikinci rübdə 0,66 milyon, üçüncü rübdə 0,65 milyon, dördüncü rübdə isə 0,67 milyon barel/sutka təşkil edəcək.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,72 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,75 milyon, 0,7 milyon, 0,71 milyon və 0,71 milyon barel/sutka təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti