...

IGB Cənub-Şərqi Avropanın enerji xəritəsini dəyişəcək - İcraçı direktor

Energetika Materials 8 İyul 2022 16:08 (UTC +04:00)
IGB Cənub-Şərqi Avropanın enerji xəritəsini dəyişəcək - İcraçı direktor
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Cənub-Şərqi Avropanın enerji xəritəsini dəyişəcək.

Trend-in məlumatına görə, bunu ICGB AD-nin Yunanıstandan olan icraçı direktoru Konstantinos Karayannakos deyib.

"IGB əvvəldən TAP, TANAP, mayeləşdirilmiş təbii qaz terminalı kimi layihələr nəzərə alınaraq hazırlanıb və bu da onu Avropanın enerji strategiyası və prioritetlərinin ayrılmaz hissəsinə çevirib. Biz bu layihə üzərində tamamilə fərqli beynəlxalq mühitdə işləməyə başlamışdıq, indi isə IGB heç vaxt olmadığı qədər vacibdir. Yunanıstan-Bolqarıstan interkonnektoru regionun enerji xəritəsini dəyişəcək yeni təhlükəsiz və şaxələndirilmiş tədarük marşrutudur", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti