...

IGB Cənub-Şərqi Avropanın daxili enerji bazarının möhkləmləndirilməsi üçün həlledici əhəmiyyət daşıyır - Kadri Simson

Energetika Materials 13 Oktyabr 2022 20:56 (UTC +04:00)
IGB Cənub-Şərqi Avropanın daxili enerji bazarının möhkləmləndirilməsi üçün həlledici əhəmiyyət daşıyır - Kadri Simson
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ümumi maraq doğuran layihədir və Aİ onu Cənub-Şərqi Avropada şaxələndirmək və daxili enerji bazarını gücləndirmək üçün zəruri olan infrastrukturun vacib hissəsi kimi görür.

Trend-in Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı enerji məsələləri üzrə Avropa komissarı Kadri Simsonun şərhində deyilir.

O xatırladıb ki, Bolqarıstan və Yunanıstandakı tənzimləyici qurumlar ICGB AD interkonnektor operatorunu korporativ idarəetmə ilə bağlı müəyyən tələbləri yerinə yetirməsi şərti ilə qazötürücü sistem operatoru kimi sertifikatlaşdırıb.

"Komissiya IGB-nin icrasının bütün mərhələlərini, o cümlədən, sertifikatlaşdırma ilə bağlı mərhələləri yaxından izləyib. Yekunda IGB 1 oktyabr 2022-ci il tarixində uğurla işə salınıb. Avropa Komissiyasının layihənin reallaşdırılmasının maneələrə görə təxirə salınması barədə sübutları yoxdur, lakin məlumdur ki, boru kəmərinin tikintisində və istismar üçün tələb olunan yekun icazələrin verilməsində ləngimələr olub. Layihənin işə salınmasına bilərəkdən maneə törətmək Aİ-nin maliyyə maraqlarına qarşı cinayət kimi qiymətləndirilir”, - deyə K.Simson bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti