Bakı. Trend:
2022-ci ilin üç rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda 137 neft hasilat quyusu, 33 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.
"2022-ci ilin ilk üç rübündə AÇG-də 11 neft hasilatı və iki su injektor quyusu tamamlanıb", - məlumatda deyilir.
Qeyd edək ki, AÇG-də iştirak payları aşağdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş (2,31%)