...

"Şahdəniz" yatağı üzrə xərclərin həcmi açıqlanıb

Energetika Materials 3 Noyabr 2022 17:13 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin üç rübü ərzində "Şahdəniz" yatağı üzrə fəaliyyətlərə təxminən 1,772 milyard dollar əməliyyat xərcləri və təxminən 314 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

2021-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 1,57 milyard və 524 milyon dollar təşkil etmişdi. Beləliklə, il ərzində əməliyat xərcləri 12,87 faiz artıb, əsaslı xərclər isə 40,08 faiz azalıb.

Hesabat dövründə "Şahdəniz" yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Qeyd edək ki, "Şahdəniz" layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti