...

OPEC+ ölkələri neft hasilatı planını olduğu kimi saxlayıblar (ƏLAVƏ OLUNUB)

Energetika Materials 4 Dekabr 2022 17:41 (UTC +04:00)
OPEC+ ölkələri neft hasilatı planını olduğu kimi saxlayıblar (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

OPEC+ ölkələri oktyabrda keçirilən iclasda razılaşdırılmış neft hasilatı planını saxlamağa qərar veriblər ki, bu da hasilatın gündəlik 2 milyon barel azaldılmasını nəzərdə tutur.

Trend xəbər verir ki, bu barədə bazar günü OPEC-in saytında dərc edilən yekun kommünikedə deyilir.

Məlumata əsasən, alyansın növbəti görüşü 2023-cü il iyunun 4-də baş tutacaq.

XXX

16:34

OPEC+ Monitorinq Komitəsi cari ilin noyabr ayından qüvvədə olan neft hasilatı kvotalarının saxlanmasını tövsiyə edib.

Trend xəbər verir ki, bu barədə bazar günü "İnterfaks"a müzakirələrdən məlumatlı mənbə xəbər verib.

Komitənin iclasından sonra OPEC+ nazirlərinin tamformatlı iclası keçiriləcək və burada, çox güman ki, bu qərar təsdiq ediləcək.

“İnterfaks”ın məlumatına görə, görüşdən sonra mətbuat konfransı gözlənilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti