Bakı. Trend:
Londonun ICE birjasında 2023-cü ilin fevralında "Brent" markalı neftin fyuçerslərinin qiyməti dekabrın 5-dən bəri ilk dəfə bir barel üçün 84 dolları ötüb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.
Məlumata əsasən, saat 23:29 üçün "Brent" markalı neftin qiyməti 3,74 faiz artaraq 84,01 dollar/barel olub.
Saat 23:34 üçün (GMT+4) "Brent" markalı neft bir barel üçün 84,07 dollara (+3,82%) satılır. Eyni zamanda, 2023-cü ilin yanvar ayı üçün "WTI" markalı neftin fyuçersləri 2,77% artaraq bir barel üçün 79,64 dollar təşkil edib.