Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrənin Bern şəhəri yaxınlığındakı Grauholz-Züd yanacaqdoldurma məntəqəsində bu ilin may ayından etibarən yaşıl hidrogenin satışı həyata keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov öz Twitter səhifəsində deyib.
Səfir bunun hidrogenin diffuziyası üzrə İsveçrənin Federal Energetika İdarəsinin "Qızıl Vatt- Watt d'Or" mükafatına layiq görülmüş "SOCAR Energy" innovasiya layihəsinin reallaşdırılması sayəsində mümkün olacağını qeyd edib.
Qeyd edək ki, SOCAR qonşu ölkələrdə və Avropada özünün qaz doldurma stansiyaları şəbəkəsini genişləndirməklə məşğuldur.
Cədvəldə SOCAR-ın avtomobil yanacaqdoldurma stansiyaları (AYS) şəbəkəsinə dair məlumatlar əks olunub.
Ölkə |
AYS |
İsveçrə |
200 AYS 8 yanacaqdoldurma stansiyası |
Gürcüstan |
108 AYS 13 servis mərkəzi 3 neft terminalı |
Avstriya |
82 ədəd A1 AYS Pronto Oil Trading Company |
Rumıniya |
67 AYS (Premium) |
Ukrayna |
59 AYS 2 yanacaqdoldurma stansiyası |
Azərbaycan |
42 AYS |
Türkiyə |
14 AYS |
Twitter: @Lyaman_Zeyn