...

STAR NEZ-in işi 2024-cü ildə texniki qulluq üçün dayandırılacaq

Energetika Materials 12 May 2023 14:32 (UTC +04:00)
STAR NEZ-in işi 2024-cü ildə texniki qulluq üçün dayandırılacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

İzmir. Trend:

"SOCAR Türkiye" 2024-cü ildə texniki qulluq üçün STAR neft emalı zavodunun fəaliyyətini dayandırmağı planlayır.

Trend xəbər verir ki, bunu "SOCAR Türkiye"nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov cümə günü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NEZ-in fəaliyyəti istismara verildikdən sonra ilk dəfə dayandırılacaq və ilk növbədə planlı profilaktik təmir işləri görüləcək.

"Bu gün görülən tədbirlər nəticəsində zavodun dayandırılma tezliyini 4 ildən 5 ilədək artırmağı planlaşdırırıq. Bununla 40 milyon dollaradək qənaət edə biləcəyik", - o deyib.

Xatırladaq ki, STAR neft emalı zavodunun investisiya dəyəri 6,3 milyard dollar təşkil edir. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlər hesabına qarşılanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti