Bakı. Trend:
Azərbaycan şelfində "Azəri-Çıraq-Günəşli" yatağından neft hasilatı yataq işlənməyə başladıqdan 2023-cü il mayın 1-dək 573 milyon ton olub.
Bu barədə Trend-ə bazar ertəsi məlumatlı mənbədən bildiriblər.
"Çıraq", "Azəri" və "Dərinsulu Günəşli" yataqlarında müvafiq olaraq 134,2 milyon ton, 355,6 milyon ton və 83,2 milyon ton hasil olunub.
Layihənin operatoru olan bp-nin son məlumatlarına əsasən, 2023-cü ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın ümumi həcmi 2022-ci ilin birinci rübündəki gündəlik 434 000 barellə müqayisədə gündə orta hesabla 386 000 barel olub.
AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
(Tərcümə: Rəna Əbdürəhmanova)
Twitter: @Lyaman_Zeyn