...

Macarıstan Cənub Qaz Dəhlizinin imkanlarının artırılmasında maraqlıdır

Energetika Materials 25 Noyabr 2023 11:32 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cənub Qaz Dəhlizinin imkanları təkcə Macarıstana tədarük baxımından deyil, bütövlükdə Avropada tələbatın artması baxımından da artırılmalıdır.

Bunu Trend-ə özəl müsahibəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

"Cənub-Şərqi Avropada şəbəkənin tutumunun artırılmasının mümkün olub-olmadığını bilmək bizim üçün vacibdir. Çatdırılma marşrutu Türkiyə, Bolqarıstan, Serbiya və Rumıniyadan keçəcək. Çatışmazlıqlar var ki, onları aradan qaldırmaq, boru kəmərlərinin və birləşdirici qurğuların ötürücülük qabiliyyətini artırmaq lazımdır. Cənub Qaz Dəhlizi kimi tədarük marşrutlarının imkanları nə qədər çox olarsa, yeni enerji mənbələrinə çıxış əldə etmək ümidlərimiz də bir o qədər çox olar. Ona görə də Macarıstan Cənub Qaz Dəhlizinin imkanlarının artırılmasında maraqlıdır", - deyə Siyarto bildirib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.

Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilən əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.

2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti