...

"Brent" markalı neftin qiyməti 86 dolları ötüb

Energetika Materials 22 İyun 2024 00:37 (UTC +04:00)

Bakı. Trend:

"Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 2024-cü il aprelin 30-dan bəri ilk dəfə bir barel üçün 86 dolları ötüb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.

Məlumata əsasən, "Brent" markalı neftin bir barelinin qiyməti 0,54 faiz artaraq 86,18 dollar olub.

Eyni zamanda, WTI markalı neftin avqust ayında tədarük üçün fyuçersləri 0,69 faiz bahalaşaraq bir barel üçün 81,71 dollara yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti