...

Neft Fondu investisiya portfelinə daxil olan valyutaların 6-sı üzrə zərər, 10 valyuta üzrə isə gəlir əldə edib (FOTO)

Energetika Materials 28 Yanvar 2025 18:20 (UTC +04:00)
Neft Fondu investisiya portfelinə daxil olan valyutaların 6-sı üzrə zərər, 10 valyuta üzrə isə gəlir əldə edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin ilk 9 ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF)büdcədənkənar gəlirlərinin həcmi 4 197,6 mln. manat və ya 2 469,2 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Trend Hesablama Palatasından məlumat əldə edib.

Məlumata əsasən, büdcədənkənar gəlirlərin strukturunda hesabat tarixinə qızılın qiymətinin dəyişməsindən 3 679,0 mln. manat və ya 2 164,1 mln. ABŞ dolları və valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə isə 518,5 mln. manat və ya 305,0 mln. ABŞ dolları olub.

Bildirilib ki, Fondun investisiya portfelinə daxil olan valyutaların məzənnələrinin dəyişikliyindən yaranan gəlir/zərərə nəzər yetirdikdə 16 valyutadan 6-sı üzrə zərər, 10 valyuta üzrə isə gəlir əldə edilib.

Qeyd olunub ki, 2025-ci il üçün təqdim edilən Fondun investisiya siyasəti layihəsində, investisiya portfelinin valyuta tərkibinin diversifikasiyasını artırmaq məqsədilə dəyişikliklər hazırlanmış və bu dəyişikliklər vasitəsilə investisiya qərarlarının çevikliyi təmin edilməsi hədəflənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti