...

Azərbaycanın neft koksu və neft bitumunun ixracından əldə etdiyi gəlirlər artıb

Energetika Materials 21 Yanvar 2026 14:59 (UTC +04:00)
Azərbaycanın neft koksu və neft bitumunun ixracından əldə etdiyi gəlirlər artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan 68,7 milyon ABŞ dolları dəyərində 217,2 min ton neft koksu ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 50,698 milyon ABŞ dolları və ya 3,8 dəfə, həcm ifadəsində isə 7,3 min ton və ya 3,5% çoxdur.

Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixrac həcminin 0,27%-ni təşkil edib.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan 1,137 milyon ABŞ dolları dəyərində 4 360 ton neft bitumu ixrac olunub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 917 min ABŞ dolları (5,2 dəfə), həcm ifadəsində isə 3,2 min ton (3,7 dəfə) çoxdur.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə 12,1 milyard ABŞ dolları dəyərində 23,4 milyon ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac olunub.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2% azdır, lakin həcm ifadəsində 215 min ton və ya 0,9% çoxdur

Sözügedən məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Hesabat dövründə 431,9 milyon ABŞ dolları dəyərində 735,8 min ton xam neft ixracı ilə yanaşı, Azərbaycandan bitumlu süxurlardan əldə olunan neft və neft məhsulları, eləcə də tərkibində 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar da ixrac olunub.

2024-cü illə müqayisədə bu, dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, həcm ifadəsində isə 198,2 min ton və ya 36,9% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti