...

Azərbaycanın yanvar ayında neft koksu ixracından əldə etdiyi gəlirlər açıqlandı

Energetika Materials 16 Fevral 2026 20:20 (UTC +04:00)
Azərbaycanın yanvar ayında neft koksu ixracından əldə etdiyi gəlirlər açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycandan 9,6 milyon ABŞ dolları dəyərində 23,5 min ton neft koksu ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,6 milyon ABŞ dolları və ya 6 dəfə, həcm baxımından isə 9,2 min ton və ya 23,5 dəfə çoxdur.

Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracının 0,27 faizini təşkil edib.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan 1,137 milyon ABŞ dolları dəyərində 4 360 ton neft bitumu ixrac olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 917 min ABŞ dolları (5,2 dəfə), həcm baxımından isə 3,2 min ton (3,7 dəfə) çoxdur.

Onu da qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 665 milyon ABŞ dolları və ya 34,9 faiz azalıb, lakin həcm baxımından 818 min ton və ya 23,6 faiz artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti