Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Novorossiysk limanından FOB bazisli 79 min ton Urals neftinin satışı üzrə tenderi bağlı elan edib. Şirkətdən Trend ə verilən məlumata görə, tenderin qalibi Rusiyanın LUKOİL şirkəti olub.
"Sentyabrın 30-u-oktyabrın 1-də Novorossiysk limanının N2 körpüsündən bir partiya neftin nəqli nəzərdə tutulub", - deyə AR DNŞ-də bildirilib.
İlin əvvəlindən AR DNŞ-in elan etdiyi tenderlərdə aşağıdakı şirkətlər neft alıb:
yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);
fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);
mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);
aprel - Glencore (160 min ton);
may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);
iyun - Mercuria Energy Trading (82 min ton);
İyul - Mercuria Energy Trading (170 min ton);
Avqust - Sun Oil (164 min ton), Glencore (142 min ton);
Sentyabr - LUKOIL (79 min ton).