Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Gürcüstanın Supsa limanından Azeri Light mənfəət neftinin növbəti partiyasının satışı üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib. Tenderin qalibi sentyabrın 30-oktyabrın 1-də Supsadan 1 mln barel (135 min ton) Azeri Light neftini yükləyəcək Almaniyanın Select Energy GMBH şirkəti olub.
Qeyd edək ki, bu həcmdə əvvəlki partiya da AR DNŞ tərəfindən Select Energy GMBH şirkətinə satılıb.
"Azəri-Çıraq Günəşli" dəniz blokunu mənimsəmiş Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə tərəfdaşlar sentyabrda Supsadan 430 min ton (4 tanker) neft nəql etməyi planlaşdırır.