...

BARMEK AZƏRENERJI SC-YƏ ALINMIŞ ELEKTRİK ENERJİSİ ÜÇÜN $67 MLN. ÖDƏYİB

Energetika Materials 14 Sentyabr 2005 15:33 (UTC +04:00)

2005-ci ilin yanvar-avqust ayları ərzində Barmek Azerbaijan Azərenerji SC-yə alınmış elektrik enerjisi üçün 307,408 mlrd. manat ($67,4 mln) ödəyib.

Barmek Azerbaijan-da Trend ə bildirilib ki, müqaviləyə müvafiq olaraq şirkət "Bakıelektpikşəbəkə" və "Sumqayıtelektpikşəbəkə" idarələrinə alınmış elektrik enerjisi üçün 75% və 35% ödəyir.

Şirkətdə qeyd olunub ki, elektrik enerjisinin avqust həcminə görə ödəmələr 40,228 mlrd. manat, iyulda iyun həcminə görə - 37,542 mlrd. manat, iyunda may həcminə görə - 29,948 mlrd. manat, mayda aprelə görə - 38,287 mlrd. manat, apreldə marta görə - 40,703 mlrd. manat, martda - 40,7 mlrd. manat, fevralda - 43,8 mlrd. manat, yanvarda (elektrik enerjisinin dekabr həcminə görə) - 43,3 mlrd. manat ödənib.

Şirkətdə qeyd olunub ki, 2004-cü ildə Barmek Azerbaijan alınmış elektrik enerjisinə görə "Azəpenepji"yə 463,2 mlrd. manat ödəyib. 2003-cü ildə ödəmələrin həcmi 382 mlpd. manat, 2002-ci ildə isə - 342 mlpd. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti