...

ARDNŞ Batumidən neft partiyasının satışı üzrə tender elan edib

Energetika Materials 1 Dekabr 2005 11:43 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bu il ARDNŞ üçün əlavə mənfəət nefti partiyasının ayrılması barədə qərar qəbul edib. ABƏŞ-də 10% payı olan ARDNŞ-də Trend ə bildirilib ki, dekabrda Gürcüstanın Qara dənizdəki Batumi limanından "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən 80 min ton (600 min bar.) Azəri Light neftinin daşınması gözlənilir.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, noyabrın 30-da, axşam ARDNŞ dekabrın 24-25-də Batumidən yüklənəcək bu partiyanın satışına tender elan edib. "Tenderin bağlanışı 6 dekabra planlaşdırılıb" -deyə ARDNŞ-də bildirilib.

Batumi neft terminalı ildə 15 mln. tondan çox neft məhsulları yüklərinin daşınması imkanına malikdir. Terminalda Aframax dərəcəli gəmilər üçün yan buy da daxil olmaqla dörd körpüdə tutumu 30-90 min ton olan tankerlər xidmət göstərir. Hazırda terminalın ehtiyat parkının gücü təqribən 530 min ton təşkil edir ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılan yüklərin daşınması üçün kifayətdir. ARDNŞ-in ötən tenderində Batumidən neftin analoji həcminin dekabrın 3-4-də daşınması nəzərdə tutulmaqla Glencore treyderi qalib gəlib.

Xəbər lenti

Xəbər lenti