...

"Azərenerji" Avropa Bankı ilə danışıqları davam etdirəcək

Energetika Materials 25 Aprel 2006 18:56 (UTC +04:00)

"Azərenerji" SC Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Mingəçevirdə Azərbaycan istilik-elektrik stansiyasının rekonstruksiyasına kredit ayrılması üzrə danışıqları davam etdirmək niyyətindədir. Bu barədə Trend agentliyinin məlumatına əsasən, "Azərenerji" SC-nın mətbuat xidmətindən bildirilib.

Əvvəllər "Azərenerji" şərtlərlə razı olmadığı üçün Avropa Bankının kreditindən imtina etmək qərarında idi. Bu, xüsusilə elektrik enerjisi tariflərinin artırılması, vəsaitlərin bir neçə tranşla ayrılması və sığortaya aid idi. Hazırda bu məsələlərdə müsbət dəyişikliklər müşahidə olunur ki, bunu da bankın prezidenti Jan Lemyerin Bakıya səfəri ilə əlaqələndirmək olar. AYİB həmin layihəyə kreditin ayrılmasında maraqlıdır. Bank və "Azərenerji" SC-nın mövqelərindəki yaxınlaşma prinsipal razılaşmanın əldə olunacağını düşünməyə əsas verr.

Bu həftə "Şimal" stansiyasında ikinci buxar-qaz qurğusunun tikintisi üzrə texniki məsləhətçinin müəyyənləşdirilməsi haqqında tenderin təsdiqlənməsinə dair Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının cavabı gözlənilir. Yaponiya bankı həmin layihənin kreditoru kimi çıxış edir. Tenderin qalibi TEPSCO-Enprima Yapon-fin şirkətləri alyası elan olunub. Azərbaycanın "Qlobus" şirkəti isə bunlara köməklik göstərəcək.

Xəbər lenti

Xəbər lenti