...

İsrail Azərbaycandan neft idxalını artırmağa hazırdır

Energetika Materials 14 İyul 2006 14:02 (UTC +04:00)

Bu həftə İsrailin enerji sahəsinin rəsmi nümayəndələri BTC boru kəməri ilə Azərbaycan neftinin idxalını artırmağa razılıq verib.

Trend in İsrail KİV-nə istinadən xəbər verdiyi kimi, İsrailin infrastruktur naziri Binyamin Ben-Eliezer Bakıda ölkənin enerji sahəsinin nümayəndələri ilə görüş keçirib. İsrail Azərbaycanın ixrac neftinin 20%-ni alır.

İsrail KİV-i qeyd edir ki, tərəflər Şərqi Asiya bazarlarını təmin etmək üçün limanın inşası da daxil olmaqla, İsrailə ixracın artırılması imkanlarını öyrənir.

Neft daşıma bazarında işləyən treyderlərin Trend ə verdiyi məlumata görə, yaxın perspektivdə İsrail neft idxalını azaltmağa hazırlaşmır və fəal surətdə enerji daşıyıcılarının ölkəyə tədarükünün diversifikasiyası məsələləri üzərində işləyir.

ENİ konserninin məlumatına görə, 2006-cı il yanvarın 1-nə İsrailin neft ehtiyatları 2004-cu illə muqayisədə 2 mln barel azalaraq 2 mln. barel təşkil edib. Ancaq həmin şirkətin digər məlumatına görə, İsraildə neftə tələbat 2005-ci ildə sutkada 219 min barel olub. 2004-cü ildə bu göstərici sutkada 227 min barel təşkil edib.

1994-2005-ci illərdə İsrailin neftə tələbatı belə olub:

İsrailin neft idxalı (sutkada min barel)

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

2003

2004

2005

211

227

220

229

226

233

251

232

238

245

227

219

İsrailin neft ehtiyatları (mln barel)

0

0

0

4

4

4

4

4

4

4

4

2

Xəbər lenti

Xəbər lenti