...

"Azərenerji" "Şimal" elektrik stansiyasında avadanlıqların demontajını davam etdirir

Energetika Materials 7 Oktyabr 2006 11:30 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyəti "Şimal" Bakı elektrik stansiyasında işləməyən avadanlıqların bir hissəsini ləğv edib. Stansiyada 100 metr hündürlüyündə olan ikinci tüstü borusu ləğv edilib. Trend in xəbər verdiyi kimi, bu barədə elektrik stansiyasının direktoru Vüqar Şahmuradova istinadən SC-nin mətbuat xidmətinin məlumatında deyilir.

Köhnə avadanlığın ləğv edilməsi üzrə işlər qazanların, maşın zalının hissələrinin, turbinlərin və sairənin sökülməsini nəzərdə tutur. Elektrik stansiyasındakı 6 turbin və 7 qazandan ibarət birinci blok 1954-cü ilin yanvarında istismara verilib və istehsalın gəlirsizliyi üzündən 1988-ci ildə dayandırılıb.

Adıçəkilən işlər "Şimal" elektrik stansiyasında 400 MVt gücündə olan ikinci buxar-qaz qurğusunun inşası layihəsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti