...

Yanvar-avqust ayları ərzində Azərbaycan 1616,2 mln. kVt/saat elektrik enerjisi idxal edib

Energetika Materials 16 Oktyabr 2006 16:06 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında respublikaya 44235,5 min dollarlıq 1616,2 mln. kVt/saat elektrik enerjisi idxal edilib. Elektrik enerjisinin tədarükü keçən ilin analoji dövrü ilə müqayisədə 21,6% azalıb. Hazırda Azərbaycana Rusiyadan, İrandan və Gürcüstandan elektrik enerjisi idxal olunur. Elektrik enerjisinin Türkiyədən və İrandan idxalı blokada olan Naxçıvan Muxtar Respublikası üçün həyata keçirilir.

2006-cı ilin yanvar-avqust aylarında Azərbaycana 317729,1 min dollarlıq 3091,3 mln. kubmetr qaz (-11,3%) idxal olunub. Bu barədə Trend ə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Azərbaycana təbii qaz Rusiyanın "Qazprom" şirkəti tərəfindən tədarük edilir. 2005-ci ildə min kubmetr qaz $60-a tədarük edilirdi. 2006-cı ilin əvvəlindən isə 1000 kubmetr qaz Azərbaycana $110-a başa gəlir.

Yanvar-avqust aylarında 47521,2 min dollarlıq 977,2 min ton sement klinkeri və sement idxal olunub. Bu göstərici keçən ildəkindən 49,7% çox və 51,8% bahadır. İdxal olunan məhsulların ümumi həcminin $26791,8 min (2005-ci ilin yanvar-avqust aylarından 47,4% çox) dollarlıq 507,8 min tonu (2005-ci ilin yanvar-avqust aylarından 27,7% çox) sement klinkerinin payına düşür. 20729,7 min (2005-ci ilin yanvar-avqust aylarından 57,8% çox) dollarlıq 469,4 min ton (2005-ci ilin yanvar-avqust aylarından 84,2% çox) sement idxal olunub.

Xəbər lenti

Xəbər lenti