...

BP Azerbaijan "Çıraq" neftçıxarma platformasını dayandırmağa hazırlaşır

Energetika Materials 19 Oktyabr 2006 16:15 (UTC +04:00)

Bu gün BP Azerbaijan plana əsasən "Çıraq" neftçıxarma platformasında təkmilləşdirilmə işlərini görmək üçün platformanı dayandıracaq. Bu barədə Trend ə BP Azerbaijan şirkətindən məlumat verilib. Platforma 10 günə qədər müddətə dayandırılacaq.

Bu dövrdə platformada səmərəliliyin və etibarlılığın yaxşılaşdırılması məqsədi ilə qazın qurudulması üzrə qurğu dəyişdiriləcək, suyun laya vurulma həcmi artırılacaq və avadanlığa texniki xidmət göstəriləcək.

Hazırda "Çıraq" platformasında 20 quyu istismar olunur: 14 neftçıxarma və altı suvurma. 1997-ci ildə istismar qazıntısı və ilk neft hasilatı başlayandan "Çıraq" platforması, demək olar ki, fasiləsiz işləyir. Hazırda orada təxminən 250 nəfər işləyir, platformada aparıcı mövqeləri tutan dəniz əməliyyatları üzrə mühəndislər də daxil olmaqla, onların 85 faizi Azərbaycan vətəndaşıdır.

2006-cı ilin yanvar-sentyabr aylarında "Azəri"-"Çıraq"-"Günəşli" dəniz yataqları blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Çıraq" yatağından 2005-ci ilin yanvar-sentyabr aylarında hasil etdiyi 5,238 mln. tonla müqayisədə 5,405 mln. ton neft hasil edib. 2005-ci ilin sentyabr ayında hasil edilən 563,4 min tonla müqayisədə 2006-cı ilin sentyabr ayında ABƏŞ-in "Çıraq" yatağında neft hasilatı 511,519 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti