...

Azərbaycan Dövlət Neft Şirkəti yeni əməkdaşların qəbulunu dayandırıb

Energetika Materials 23 Noyabr 2006 17:47 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətində aparılan struktur dəyişilikləri nəticəsində müəyyən qədər təcrübəli fəhlə və mütəxəssislərin sərbəstləşməsi halları baş verir ki, onların da yerləşdirilməsində problemlər yaranır. Trend -in məlumatına görə, bunu ARDNŞ-in mətbuat xidmətindən bildiriblər.

Bu sahədə yaranan vəziyyətin tənzimlənməsi məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev əmr imzalayıb. Sənədə əsasən, şirkətin müəssisə və təşkilatlarında işləyən işçilərin daxili yerdəyişməsi, hərbi xidmətdə olan işçilərin və xarici şirkətlərlə birgə layihələrdə müvəqqəti kontraktla işləyən işçilərin geri qayıtdığı hallar istisna olmaqla yeni işçilərin işə qəbulu dayandırılıb.

Xəbər lenti

Xəbər lenti