...

"Azərenerj" Səhmdar Cəmiyyətinin prezidenti Çinə yola düşüb

Energetika Materials 30 Yanvar 2007 13:02 (UTC +04:00)

Bu gün "Azərenerji" Səhmdar Cəmiyyətini təmsil edən nümayəndə heyəti cəmiyyətin prezidenti Etibar Pirverdiyevin rəhbərliyi altında Çinə yola düşür. Bu barədə Trend ə SC-nin mətbuat xidmətindən bildiriblər.

Səfər çərçivəsində Çinin energetika sahəsi rəhbərləri ilə görüşlər keçirilməsi, istehsal və texnologiya proseslərinin forma və metodlarının yaradılması və təkmilləşdirilmsəi üzrə iş prinsipləri ilə tanışlıq nəzərdə tutulur.

Təcrübələrin öyrənilməsi məqsədilə nümayəndə heyətinin üzvləri elektrik enerjisi müəssisələrində olacaq ki, bu müəssisələrin məhsulu gələcəkdə Azərbaycanda istifadə oluna bilər.

Xəbər lenti

Xəbər lenti