...

Azərbaycan qaz emalı zavodu tender elan edib

Energetika Materials 2 Fevral 2007 13:11 (UTC +04:00)

Azərbaycan Qaz Emalı ASC (AzQEZ) 2007-ci ildə SC-nin elektrik təsərrüfatının təmin olunması üçün elektrik avadanlığı və materialların alınması üçün tenderi açıq elan edib. Bu barədə Trend xəbər verir.

Tenderin qalibini seçən zaman ən az qiymət, yüksək keyfiyyət, layihənin yerinə yetirilmə müddəti, peşəkar faydalılığa uyğun olmasına üstünlük veriləcək. Layihənin yerinə yetirilmə müddəti 12 aydır.

Tenderdə iştirak üçün yazılı müraciət, iştirakın ödənilməsi haqqında bank sənədləri və şirkət haqqında sənədlər 6 mart 2007-ci il tarixindən gec olmayaraq təqdim olunmalıdırlar. Tender təklifləri 15 mart 2007-ci ildə təqdim olunmalıdırlar. Tender təklifləri 16 mart 2007-ci il tarixdə açılacaq.

İlk dəfə Azərbaycan qaz emalı zavodu 1961-ci ildə istismara verilib. Altı qaz emal edən qurğudan başqa, qaz kondensatının (ildə 675 min ton gücə malik) və fraksiyalaşdırılmış qeyri-sabit benzin (ildə 600 min ton) emalı üzrə qurğular inşa edilib. Layihədə nəzərdə tutulmuş texnologiya mayeləşdirilmiş qaz, ağ neft fraksiyası (qaz emalı qurğuları üçün reagent), ağır kondensat (neft emalı zavodları üçün xammal) və qaz benzini (Sumqayıtın neft-kimya kompleksi üçün xammal) əldə etməyə imkan verir.

Əvvəlcə AzQEZ-ə Qaradağ yatağından qaz və kondensat daxil olurdu. Sonra xammal axınına Azərbaycanın dəniz neftçiləri tərəfindən çıxarılan səmt və təbii qaz da qoşuldu.

Xəbər lenti

Xəbər lenti