...

2007-ci ilin yanvarında Azərbaycan daxili bazarda neft məhsullarının satışını artırıb

Energetika Materials 16 Fevral 2007 16:52 (UTC +04:00)

2007-ci ilin yanvarında Azərbaycanın daxili bazarına təxminən 443,7 min ton neft məhsulu göndərilib. Bu barədə Trend ə dövlətin statistika komitəsindən məlumat verilib.

Komitənin məlumatına əsasən, neft məhsullarının ümumi həcminin 56 min tonu avtomobil öenzinin payına düşür. Bu, 2006-cı ilin analoji göstəricisindən 28,1% çoxdur. Azərbaycanın daxili bazarında A-92 markalı 1 ton avtomobil benzinin topdan satış qiyməti (təchizat xərci və ƏDV ilə) 670 AZN, A-95markalı benzinin isə 736 AZN təşkil edir.

Dövlət komitəsinin məlumatına əsaəsn, 2007-ci ilin yanvar ayı ərzində Azərbaycanın Azpetrol şirkəti realizə üçün 31,5 min ton, LUKoil 10,9 min ton avtomobil benzini əldə edib. 2007-ci ilin yanvarında daxili bazarda 50,1 min ton dizel yanacağı satılıb. Bu göstərici 2006-cı ilin yanvar göstəricisindən 0,2% azdır. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının dəyəri (təchizat xərci və ƏDV ilə) 485 AZN təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azpetrol 2007-ci ilin yanvarında 20,64 min ton, LUKoil 5,6 min ton dizel yanacağı əldə edib. Xəzər dəniz gəmiçiliyi 2007-ci ilin yanvarında 0,15 min ton motor yağı əldə edib.

Daxili bazarda ən çox yanacaq mazutu realizə olunub. 2007-ci ilin yanvarında bu neft məhsulunun 294,9 min tonu satılıb. Bu göstərici 2006-cı ilin yanvar göstəricisindən 4,4% çoxdur. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutunun topdan satış qiyməti (təchizat xərci və ƏDV ilə) 100 AZN təşkil edir. Komitənin məlumatına əsasən. 2007-ci ilin yanvarında Azərenerji SC və neft emalı zavodları 289,6 min ton əldə edib.

2007-ci ilin yanvarında 36,9 min ton aviasiya nefti satılıb. Bu, 2006-cı ilin analoji dövrü ilə müqayisədə 25,9% azdır. Azərbaycanın daxili bazarında 1 ton aviasiya neftinin topdan satış qiyməti (təchizat xərci və ƏDV ilə) 307 AZN təşkil edir.

2007-ci ilin yanvarında daxili bazarda 5,6 min ton neftbitum satılıb. Bu 2006-cı ildəki göstəricidən 4,6 dəfə çoxdur. Azərbaycanın daxili bazarında 1 ton BN60/90 bitumunun topdan satış qiyməti (təchizat xərci və ƏDV ilə) 160 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti