...

"Azərenerji" enerjiyoxlama sisteminin tətbiqi layihəsinə başlayacaq

Energetika Materials 19 Mart 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərenerji" SC-nin idarəçiliyində olan şəbəkələrdə (46 rayon) enerjiyoxlama sisteminin tətbiqi elektrik sayğaclarının quraşdırlmasının başa çatmasından sonraya planlaşdırılır. Bu barədə məlumatı səhmdar cəmiyyətin mətbuat xidmətindən veriblər.

Bu sistem enerji qeydiyyatının mərkəzləşdirilməsi, itkinin yerinin və həcminin dəqiqləşdirilməsi, bu göstəricinin minimum səviyyəyə salınması üçün vacibdir. Bunun üçün xarici ölkələrin iş metodları və formaları oyrəniləcək və tətbiq olunacaq.

Bu ilin mayında Azərbaycanda elektrik enerjisinin alınması üçün abonent kartlarının tətbiqinə başlanılacaq. İlkin olaraq bu sistem Gəncə şəhərində tətbiq olunacaq. Sistem abonentlərə istifadə edəcəkləri enerjinin pulunu əvvəlcədən ödəmək imkaını verəcək .

SC-dən bildiriblər ki, Dubaydan gətirilən müasir avadanlıqlar Çin, Yaponiya və Cənubi Koreyadan dəvət olunmuş mütəxəssislərin nəzarəti ilə quraşdırılacaq və istismar olunacaq.

Hazırda "Azərenerji" tabeçiliyində olan 46 rayonun paylayıcı elektrik şəbəkəsində sayğacların quraşdırılmasını başa çatdırır.

Xəbər lenti

Xəbər lenti