...

Azərbaycanın daxili bazarında neft məhsullarının satışı 10,1 faiz artıb

Energetika Materials 17 Aprel 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/Yanvar-mart aylarında Azərbaycanın daxili bazaına 1 mln. 187,2 min ton neft məhsulu göndərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çoxdur. Bu bardədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Net məhsullarının ümumi həcmindən 164 min ton avtomobil benzininin payına düşüb ki, bu da 2006-cı ilin müvafiq dövründən 18,4 faiz çoxdur. Azərbaycanın daxili bazarında bir ton avtomobil benizinin topdansatış qiyməti 670 AZN (A-92), 736 AZN (A-95) olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-mart aylarında satış üçün Azpetrol 89,92 min ton, LUKoil isə 30,8 min ton avtomobil benzini alıb.

Daxili bazarda 149,8 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 3,9 faiz azdır. Bu yanacağın bir tonunun topdansatış qiyməti (təchizat xərcləri və ƏDV daxil) 485 AZN təşkil edib. Statistika Komitəsindən bildiriblər ki, bu həcmdən 57,97 min ton Azpetrol, 14,83 ton isə LUKoil alıb. Xəzər Dəniz Gəmiçiliyi 2,9 min ton dizel, 0,3 min ton motor yağı və motor yanacağının tam həcmini alıb.

Daxili bazarda daha çox mazut yanacağı satılıb. Bu məhsul yanvar-mart aylarında ötən illə müqayisədə 21,3 faiz çox olmaqla 748,6 min tojn satılıb. Mazutun bir tonun topdan satış qiyməti (təchizat xərcləri və ƏDV daxil) 100 AZN təşkil edib. Statistika Komitəsin məlumatına görə, Azərenerji SC 731,3 min t on alıb. Aviasiya ağ nefti isə 2006-cı ilin yanvar-mart ayları ilə müqayisədə 25,9 faiz az, 100 min ton həcmində satılıb. Bu məhsulun bir tonun topdan satış qiyməti (təchizat xərcləri və ƏDV daxil) 307 AZN təşkil edib.

Neftbitumu daxili bazarda yanvar-mart aylarınada ötən illə müqayisədə 34,8 faiz çox, 17,9 min ton satılıb. Topdan satış qiyməti isə 1 ton bitum BN 60/90 üçün (təchizat xərcləri və ƏDV daxil) 160 AZN olub.

Xəbər lenti

Xəbər lenti