...

ARDNŞ yeni qaz kəmərinin inşasına başlayıb

Energetika Materials 24 Aprel 2007 13:18 (UTC +04:00)

Azerbaydjan, Baku /korr. Trend / Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Səngəçal terminalından Qaradağ yeraltı qaz anbarınadək yüksək təzyiqli qaz kəmərinin inşasına başlayıb. ARDNŞ-dən verilən xəbərə görə, 27 km-lik kəmərin tikintisi əhalinin qış mövsümündə qaz tələbatını ödəmək məqsədini daşıyır və "Şahdəniz"dən hasil olunan qazın yeraltı anbarda saxlanması üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürücülük qabiliyyəti sutkada 10 milyon kubmetrdən artıqdır. İnşa işləri üçün Ukraynadan diametri 720 mm, qalınlığı isə 16 mm olan antikorroziya örtükləri ilə üzlənmiş borular alınıb.

Kəmərin 14 km-lik hissəsini inşa edən ARDNŞ-in "Neftqaztikinti" tresti artıq kəmərin 4 km uzunluğunda qaynaq işləri görüb. Borunun 13 km-lik hissəsini isə "AzFEN" şirkəti inşa edəcək. İyul ayında istismara veriləcək kəmərin ilkin qiyməti 22 milyon manat həcmində dəyərləndirilir. 

Xəbər lenti

Xəbər lenti