...

Vladiqafqaz-Sxinvali qaz kəmərinin tikintisi Gürcüstan ərazisində aparılsa, rəsmi Tbilisi öz etirazını bildirəcək

Energetika Materials 18 May 2007 16:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. " N.Kirtsxalia/ Vladiqafqaz-Sxinvali qaz kəmərinin separatçıların nəzarət etdiyi ərazidə tikintisi başlayan kimi, Gürcüstan öz etirazını bildirəcək. Belə bir bəyanatla cümə günü hökumətin iclası ərəfəsində Gürcüstan xarici işlər naziri Gela Bejuaşvili çıxış edib.

Qeyd edək ki, artıq Rusiyanın "Qazprom" şirkəti Cənubi Osetiyaya birbaşa qaz nəqlini nəzərdə tutan kəmərin tikintisinə başlayıb. Bu kəmərlə Sxinvali Tbilisidən enerji asılılığına son qoymaq istəyir.

"Hələlik tikinti işləri Rusiya ərazisində gedir və bu üzdən də öz etirazımızı bildirə bilmirik. Çünki formal olaraq bu kəmərin Gürcüstanadək icazəmiz olmadan gedib-getməyəcəyini bilmirik" - deyə Bejuaşvili vurğulayıb.

XİN başçısı bildirib ki, tikinti işləri Gürcüstan ərazisində başlayan kimi, rəhbərlik etdiyi qurum bütün lazımi tədbirləri görəcək. Bejuaşvili beynəlxalq demarşların olacağını da istisna etməyib.

Xəbər lenti

Xəbər lenti