...

Nazir: "Azərbaycan elektrik enerjisi ixracatçısına çevrilə bilər"

Energetika Materials 1 İyun 2007 13:09 (UTC +04:00)
Nazir: "Azərbaycan elektrik enerjisi ixracatçısına çevrilə bilər"

Azərbaycan, Bakı/müxbir Trend S.Əliyev/ Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev cümə günü Bakıda elektrik enejisi ilə bağlı keçirilən seminarda bildirib ki, Azərbaycan 3-4 il ərzində elektrik enerjisi istehsal edən obyektlərinin gücünü 10 MVt olmaqla 82%-ə çatdırmağı planlaşdırır.

Hazırda Azərbaycanın elektrik enerjisi istehsal edən obyektlərinin istehsal gücü 5500 MVt təşkil edir. "Bu, ölkəyə özünü elektrik ererjisi ilə tam təchiz etməyə, enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək" - deyə o bildirib.

İlin birinci rübündə "Azərenerji" SC tərəfindən 2006-cı ilin yanvar-mart aylarında istehsal olunan 7mld. kV/s-a qarşı 6,6 mld. kV/s elektrik enerjisi istehsal olunub.

Nazirin sözlərinə görə, istehsal gücünün artırılması Azərbaycanı elektrik ererjisi ixracatçısına çevirə bilər. İlin birinci rübündə qonşu ölkələrlə elektrik ererjisi mübadiləsi 295,1 mln. kV/s təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 54,1 % azdır. Rusiyadan 97,3 mln. kV/s, İrandan 123,2 mln. kV/s, Türkiyədən 14,9 mlrd. kV/s, Gürcüstandan isə 23,6 mln. kV/s elektrik enerjisi alınıb.

Nazir qeyd edib ki, hazırda elektrik enerjisi istehsal edən obyektlərin və elektrik ötürücü xətlərin bərpasına kəskin ehtiyac var.

Xəbər lenti

Xəbər lenti