Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərenerji" səhmdar cəmiyyəti Ağsu rayonunun yüksək gərginlikli elektrik şəbəkəsini təmir edir. Bu barədə cümə axşamı SC-nin mətbuat xidmətindən məlumat verilib. Şəbəkəyə daxil olan yarımstansiyalarda cari, orta və tam təmir işləri ap arılır.
İstehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 110 kilovoltluq "Ağsu" yarımstansiyası, 35/10 kilovoltluq "Mollakənd", "Çuxuryurd", "Axmaçı", "Pirli"və "İvanovka" transformatorları tam təmir olunub.
Tam təmir işləri 500 kilovoltluq "Abşeron" EÖX, II "Kürdəmir", 110 kilovoltluq I "Sabirabad" xətlərində də aparılır.