...

Türkiyənin Petkim kimya holdinqində dövlət payının alınması üzrə tenderin qalibi açıqlanıb

Energetika Materials 5 İyul 2007 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev, V.Şərifov/ Türkiyənin TRT kanalının məlumatına görə, Türkiyənin Petkim kimya holdinqinin 51 faizinin satılması üzrə tenderin qalibi 2,05 mlrd. dollar təklif edən Transcentral Asia Petrochemical Holding olub.

Tenderdə səkkiz şirkət iştirak edib. Daha böyük məbləği Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR)/Turcas/Injaz və Transcentral Asia təklif edib.

Türkiyə televiziyası qeyd edib ki, Transcentral Asia Petkim paketi üçün SOCAR/Turcas/Injaz-dan 10 mln. dollar artıq təklif edib.

Petkim-in dövlət payını həmçinin Zorlu, Anadolu, Ulker və Indian Oil Corp almaq istəyirdi.

Xəbər lenti

Xəbər lenti