...

Azərbaycan və Türkiyə qaz məsələlərini müzakirə ediblər

Energetika Materials 31 Avqust 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında bildirilir ki, ARDNŞ-ın prezidenti Rövnəq Abdulayev Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Sami Dəmirbiləkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Türkiyə ərazisi vasitəsilə Azərbaycanın Xəzər dənizi sektorunda yerləşən "Şahdəniz" yatığından qazın Avropaya nəqli, həmçinin beynəlxalq şirkətlərlə birgə həyata keçirilən layihələrin reallaşmasını müzakirə ediblər.

ARDNŞ prezidenti qaz hasilatının artırılması ilə bağlı dövlət proqramının reallaşması və "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi barədə məlumat verib. Layihənin ikinci mərhələsi üzrə birgə görülmüş işlər məsələsinə toxunulub.

Türkiyənin energetika və təbii səvətlər nazirinin müavini Dəmirbilək neft-qaz sektorunda iki ölkə arasında məhsuldar əməkdaşlığı və ARDNŞ və Türkiyənin "Botas" şirkəti arasında əməkdaşlığı xüsusilə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti