AccessBank səhmdarlarının yeni strukturunu açıqlayıb (FOTO)

AccessBank səhmdarlarının yeni strukturunu açıqlayıb (FOTO)

Bakı. Trend:

Bu gün JW Marriott Absheron otelində AccessBank-ın səhmdarlarının strukturundakı dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirilib.

AccessBank-dan Trend-ə verilən məlumata görə, bankın İdarə Heyətinin sədri Anar Həsənov AccessBank-ın nizamnamə kapitalının artırılmasının başa çatdığını elan edib.

Bunu şərh edən A.Həsənov bildirib ki, 2018-ci ilin noyabrın 15-də bank, mövcud səhmdarlar və kreditorlar arasında AccessBank-ın kapital mövqeyinin gücləndirilməsinə dair saziş imzalanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıq çərçivəsində Bankın kapitalının 118.5 mln. manat məbləğində artırılması 2019-cu ilin fevralın 28-də uğurla başa çatdırılıb. Kapitallaşma prosesi yeni səhmdarlara və bankın təsisçisi olan Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) yeni səhmlərin emissiyası, o cümlədən mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşdürülməsini əhatə edirdi.

Yeni səhmdarlar arasında Asiya İnkişaf Bankı, Avropa İttifaqının Avropa İnvestisiya Bankı, Hollandiya İnkişaf Bankı (FMO), Avstriya İnkişaf Bankı, İsveçrə Konfederasiyasının SIFEM AG maliyyə inkişaf institutu, responsAbility Investments tərəfindən idarə olunan Avropanın investisiya fondları, EFSE, Symbiotics SICAV və GGF var.

Yeni səhmdarların banka qoşulmasına toxunan A.Həsənov bildirib: "AccessBank yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderland Krallığının və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir".

A.Həsənovun sözlərinə görə, 118.5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 mln. manata çatdırılacaq. "Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 mln. manat artırılacaq. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq", - deyə sədr vurğulayıb.

İnvestorlarla danışıq prosesində 4 illik strateji inkişaf planının hazırlandığını bildirən A.Həsənov qeyd edib ki, plana əsasən, AccessBank kredit portfelini aktiv şəkildə böyütməyi, o cümlədən gəlirlilik səviyyəsini daha da artırmağı planlaşdırır: "Sözsüz ki, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etmək də daxildir. Bu baxımdan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edəcək ki, bunun hesabına “AccessBank” müştərilərinin artan maliyyə ehtiyaclarını tam şəkildə qarşılaya biləcək".

Bununla yanaşı, A.Həsənov qeyd edib ki, bankın yeni Müşahidə Şurası yeni səhmdarların təmsilçilərindən ibarət heyətdən formalaşacaq və bu barədə yaxın zamanda ətraflı məlumat veriləcək.

Avropa Yenidənqurma və İnkişaf Bankının, KfW və Access Microfinance Holding AG-nin səhmlərinin LFS Advisory GmbH tərəfindən alındığını bildirən sədr həmin maliyyə təşkilatlarına 15 il ərzində banka göstərdiyi dəyərli dəstəyə görə təşəkkür edib.

Asiya İnkişaf Bankının nümayəndəsi Corc Rubli (George Rublee): "Asiya İnkişaf Bankının kapitallaşma prosesində göstərdiyi səylərlə biz bir daha AİB-in səhmdarı olan Azərbaycan hökuməti ilə razılaşdırdığımız prioritetlərə sadiq qaldığımızı nümayiş etdirdik. AİB inklüziv inkişafın katalizatoru olan ölkənin maliyyə sektorunun dinamik və dayanıqlı şəkildə böyüməsini dəstəkləyir. AccessBank makroiqtisadiyyatda mühüm rol oynayan əhalinin əsas hissəsinə xidmət göstərir və bundan sonra da ölkə iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz qiymətli töhfəsini verməkdə davam edəcək. Biz AccessBank-ın uğurlarının davamlı olması üçün tərəfdaşlarımızla əməkdaşlığa hazırıq".

Avropa İnvestisiya Bankının nümayəndəsi Yitka Bures (Jitka Bures): «Avropa İnvestisiya Bankının AccessBank-ın rekapitalizasiyası prosesində iştirakı kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışın təmin olunması ilə bağlı strategiyamıza uyğundur. Kiçik və orta sahibkarlıq subyektləri istənilən iqtisadiyyatın dayağı hesab olunmaqla əhalinin əsas hissəsinin işlə təmin olunmasına səbəb olur. Ümid edirik ki, AccessBank öz biznesini inkişaf etdirməyə və Azərbaycan əhalisinin həyatına müsbət təsir etməyə davam edəcək".

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndəsi Cerri Vu (Jerry Wu): "Təsisçi səhmdarlardan biri olaraq, IFC AccessBank-ın missiyasına sadiq qalır. Ölkədə sosial-iqtisadi inkişafa və yeni iş yerlərinin yaradılmasına töhfə vermək məqsədilə Bankın inkişafının yeni mərhələsini və kiçik biznesin maliyyələşməsinin artırılmasını dəstəkləmək üçün yeni səhmdarlarla əməkdaşlığa ümid edirik".

responsAbility-nin nümayəndəsi Oleq İvaniyçuk (Oleg Ivaniychuk): "responsAbility ötən müddət ərzində AccessBank-ı həm kreditor, həm də kapitallaşma prosesində etibarlı tərəfdaş olaraq aktiv şəkildə dəstəkləyib və gələcəkdə də bir səhmdar kimi dəstəyini nümayiş etdirəcək. Biz kapitallaşma prosesində digər kreditorların, səhmdarların və MBNP-nin iştirakını, habelə bankın komandasının fədakarlığını yüksək qiymətləndiririk. Artıq biz bankın inkişafında yeni mərhələyə qədəm qoyuruq və AccessBank-ın daha güclü, effektiv və innovativ olması istiqamətində dəstəyimizi əsirgəməyəcəyik".

Səhmdarların yeni pay bölgüsü aşağıdakı kimidir:

- Asiya İnkişaf Bankı - 19.90%;

- Avropa İnvestisiya Bankı - 17.39%;

- Beynəlxalq Maliyyə Korporasiyası - 16.56%;

- responsAbility tərəfindən odarə edilən investisiya fondları:

responsAbility SICAV (Lux) - 2.91%
responsAbility Management Company S.A. - 7.11%

- Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;

- Avstriya İnkişaf Bankı - 9.17%;

- SIFEM AG - 8.89%;

- EFSE - 2.78%

- Symbiotics SICAV (Lux.) - 2.27%

- GGF - 1.77%

- LFS Advisory GmbH - 1.27%

- Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0.58%

Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
Loading Bars
Xəbər lenti
Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verilib
Ermənistanla informasiya savaşında Türkiyənin dəstəyi əvəzsiz oldu - Sevil Mikayılova
Bir qrup jurnalist Ağdama səfər edib (FOTO)
Saxta kosmetik vasitələr satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkarladı
Qobu bələdiyyəsinin sədri cərimələnib (FOTO)
İranda ötən sutka 25 min nəfər koronavirusa yoluxub, 321 nəfər ölüb
İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub
Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır - RƏSMİ ETİRAF
Sabah Bakıda 21, rayonlarda 25 dərəcəyədək isti olacaq
Ermənistanda sürücü avtomobili hərbçilərin üzərinə sürdü - Ölənlər var
Türkiyədə vaksinin təbliği üçün xüsusi qruplar yaradılıb
Əqli Mülkiyyət Agentliyinin sədri beynəlxalq konfransda iştirak edib (FOTO)
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Gənc əsgərlərin hərbi hazırlığı təkmilləşdirilir (FOTO/VİDEO)
Yerevanda BMT ofisi qarşısında etiraz aksiyası keçirilir (VİDEO)
Putin və Lukaşenko Qarabağı müzakirə edib
Daha bir şəhid övladının adına hesab açılacaq
“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır (FOTO)
Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı
Azərbaycanda quraqlıq və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq
Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu
Azərbaycanda qızıl ucuzlaşıb
Könül Nurullayeva Parlamentlərarası Birlik Təşkilatının tədbirində çıxış edib (FOTO)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb
“AzərEnerji”dən itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi
Cəlilabadda bir nəfəri öldürüb, digərini yaralayan şəxs tutulub
Ötən gün 33 yanğın olub, 7 nəfər xilas edilib
Son üç ayda ƏƏSMN 150,7 min elektron arayış verib
Evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Ordunun mərkəzi ərzaq anbarının bölgələrdəki bölmələrində yenidənqurma işləri görülüb (VİDEO)
Belə getsə, Minsk qrupundan imtina etməyə məcbur olacağıq - Deputat
Balakəndə tənha qadının evinə silahlı basqın edildi (FOTO)
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib - Səttar Möhbalıyev
Ötən gün evini tərk edən daha 17 koronavirus xəstəsi saxlanıldı
Ucarda ər arvadını qətlə yetirdi
Zəngilan rayonunun Ağ oyuq qəsəbəsi (VİDEO)
Aprel ayı üzrə pensiyaların ödənişi tam başa çatıb - DSMF
Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib
DİN texniki baxışla bağlı "qaynar xətt" yaratdı
Hərbi Qənimətlər Parkı yeni reallıqların nümunəsidir - Deputat
Bakıda tıxac avtobusların hərəkətində çətinliklər yaratdı (FOTO)
DİM bu gün buraxılış imtahanı keçirəcək
Bu gündən ölkədə istilik təchizatı dayandırılır
Aprelin 15-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda bankomatlar vasitəsilə əməliyyatlar artıb
Yevlaxda cücə sexi yanıb, 1 nəfər ölüb
Tokiodakı Olimpiya və Paralimpiya oyunları tamaşaçısız keçirilə bilər
Azərbaycan əhalisi 3 ayda 10 milyard manata yaxın pul xərcləyib
İraqın şimalında raket hücumunda türk əsgəri həlak olub
Nyu-York polisi mümkün olan etirazlara görə 12 saatlıq növbələrə keçəcək
ABŞ-da "Johnson & Johnson" peyvəndi ilə bağlı qərar təxirə salınıb
Rusiya Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb
İraqın Erbil hava limanına PUA ilə hücum edilib
Türkiyədə son sutkada koronavirusdan 55 413 nəfər sağalıb
"Mançester Siti" və "Real" Çempionlar Liqasının yarımfınalına yüksəlib
NATO öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
"Brent" markalı neftin qiyməti 66,9 dollar təşkil edib
Dünyada ötən sutka koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb - ÜS
Birinci vitse-prezident Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
Balakəndə yol polisi reyd keçirib, qaydaları pozan sürücülər barəsində protokol tərtib olunub (FOTO)
Aleksandr Lukaşenko: Prezident İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır
Vaksini Azərbaycanla bölüşməyə hazırıq - Belarus Prezidenti
Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq - Belarus Prezidenti
Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik - Aleksandr Lukaşenko
Prezident İlham Əliyev: Ermənistanın başına gələnlərin təqsirkarı Ermənistan rəhbərliyidir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi nizamlanıb
Prezident İlham Əliyev: Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil
Prezident İlham Əliyev: Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər
Prezident İlham Əliyev: Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır
Prezident İlham Əliyev: Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik
MDU-nun rektoru Ramazan ayının gəlişi münasibətilə professor-müəllim və inzibati-texniki heyətini təbrik edib
Minsk Qrupunun xəbis niyyəti - Revanşizm körüklənir?
BEA Azərbaycanın OPEC+ sazişini icra etməsini qiymətləndirib
Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib (FOTO)
BEA Azərbaycanda neft hasilatı üzrə proqnozlarını yüksəldib
Hindistan pandemiya ilə bağlı qlobal rifah üçün güclərini bölüşəcək - Baş nazir
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib (FOTO)
Ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu ilə söndürə bilib - Deputat
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Ağdamda bıçaqlanma hadisəsi olub
XİN Fransanın Ermənistandakı səfirinə cavab verdi
Erməni cəmiyyəti hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir - Deputat
Belarus Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb (FOTO)
Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub - Tamam Cəfərova
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Əsas Məsələ”də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müzakirə olunub
Hərbi Qənimətlər Parkına axın edən paytaxt sakinləri: Ölkəmizlə bir daha qürur duyduq - Trend TV-nin REPORTAJI
“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib (FOTO)
Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır - Vüqar Rəhimzadə
Ukrayna və Azərbaycan alternativ enerjinin istifadəsi potensialını artıra bilər
Qubadlıda yol tikintisi zamanı XVlll əsrə aid məscidi qanunsuz sökənlər cəzalandırılacaq
Somalidə avtobus partladılıb - 17 ölü
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır - Sevil Mikayılova
Bütün xəbərlər