...

Kuba yaya qədər 30 milyon avrodan çox borcunu ödəmək niyyətindədir

Maliyyə Materials 15 Fevral 2020 06:03 (UTC +04:00)
Kuba hakimiyyəti may ayının sonuna qədər bir neçə ölkəyə olan 30 milyon avrodan çox gecikdirilmiş borclarını ödəməyi planlaşdırır
Kuba yaya qədər 30 milyon avrodan çox borcunu ödəmək niyyətindədir

Bakı. Trend:

Kuba hakimiyyəti may ayının sonuna qədər bir neçə ölkəyə olan 30 milyon avrodan çox gecikdirilmiş borclarını ödəməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ölkənin Baş Nazirinin müavini Rikardo Kabrisas bildirib.

R.Kabrisas deyib: "2019-cu il üçün Avstriya, Belçika, Böyük Britaniya, Yaponiya, Fransa və İspaniya qarşısında olan bütün borclarımızı bu ilin 31 may tarixinə qədər tədricən ödəmək niyyətindəyik."

Xatırladaq ki, Kuba 2019-cu ildə əsasən Avropa ölkələrinə olan 32-33 milyon avro məbləğində borcunu gecikdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti