...

A-Qroup fəaliyyətinin 26 illiyini qeyd edir

Maliyyə Materials 18 Avqust 2021 09:30 (UTC +04:00)
A-Qroup fəaliyyətinin 26 illiyini qeyd edir

Bakı. Trend:

Bu gün A-Qroup sığorta şirkəti sığorta sektorunda fəaliyyətinin 26 illiyini qeyd edir.

Bu müddət ərzində A-Qroup uzun bir yol keçərək, qarşısına çıxan maneələrə baxmayaraq bir çox zirvələri fəth etdi, lakin bunlarla kifayətlənməyən şirkət yeni uğurlara imza atmaq üçün yeni fikir və istəklərlə doludur.

26 il ərzində A-Qroup ildən-ilə mövqeini gücləndirməklə, yüksək peşəkarlığı ilə seçilən komanda yaratmaqla, böyük təcrübə qazanmaqla, o cümlədən böhran şəraitində xidmətləri təkmilləşdirməklə, ən sürətli onlayn xidmət göstərməklə və şirkətlərlə tərəfdaşlıq əlaqələri qurmaqla, məhsul və xidmətləri inkişaf etdirməklə, iş proseslərini yaxşılaşdırmaqla yadda qaldı. Sığorta xidmətlərinin bütün mərhələlərində keyfiyyətə nəzarət sistemi olan A-Qroup, daha müasir və müştərinin dostu olmaq üçün hələ də yorulmadan çalışır.

A-Qroup-un 26 illik stabilliyi və böyüməsi geniş təcrübəyə, həmçinin zamanla sınaqdan keçirilmiş etibarlılığa dəlalət edir. İllər keçdikcə müştərinin şirkətlə qarşılıqlı əlaqəsini sadə, anlaşılan və rahat etmək üçün bütün lazımi texnologiyalar tətbiq edilib. Bir çox satış və iddia işləmə prosesləri avtomatlaşdırılmışdır. Bütün bunlar müştərilərin problemlərini ən yüksək peşəkarlıqla həll etməyə imkan verir.

A-Qroup, yarandığı gündən 26 il ərzində yüksək xidmət keyfiyyəti, yenilikçiliyə, etibarlılığı, güvən qazanması, peşəkarlığı, məsuliyyətı ilə tanınaraq lider mövqeə yüksəlməsinə qədər uzun bir yol keçib. 26 ildir ki, A-Qroup müştərilərini diqqəti və sürəti ilə heyrətləndirməyə davam edir.

On minlərlə insan daşınmaz əmlakını, avtomobilini və ən əsası sağlamlığını A-Qroup-a etibae edir! 26 ildir sığortalıların sağlamlığının qorunması, tam hüquqlu tibbi xidmətin təşkili A-Qroup-un prioritet istiqaməti olaraq qalmaqdadır.

A-Qroup sığorta şirkətinin komandası ad günündə tərəfdaşlarına və müştərilərinə göstərdikləri etimada və səmərəli əməkdaşlığa görə təşəkkür edir. A-Qroup Sığorta şirkəti, fərqililiyi, rahatlığı, sürətliliyi və yüksək xidmət səviyyəsini qiymətləndirənlər üçün çalışır.

26 il hekayənin yalnız başlanğıcıdır. Qarşıda A-Qroup-u yeni zirvələr və nailiyyətlər gözləyir.

Hər birimizin sığorta maraqları fərqli olsa da ən yaxşı xidmətlərdən istifadə etmək arzusundayıq. Bunların hamısını sığorta şirkətiniz olan A-Qroup sizə təqdim etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti