...

Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib - Ziyad Səmədzadə

Maliyyə Materials 13 İyun 2023 12:31 (UTC +04:00)
Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib - Ziyad Səmədzadə
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: məqsəd və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib.

"Bu gün Azərbaycan dünyanın dinamik şəkildə inkişaf edən ölkələrindən birinə çevrilib. Hazırda Qarabağda tikinti işləri aparılır. Biz bunun üçün heç kimdən borc almırıq. Qarabağda qısa müddətə görülən işlər göz qabağındadır. Bu isə Azərbaycan iqtisadiyyatının nə qədər güclü olduğunu bir daha sübut edir", - deyə deputat vurğulayıb.

Z.Səmədzadə Azərbaycanın imkanlarının işğaldan azad olunmuş ərazilərin bərpasına mühüm töhfə verəcəyini qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti