...

Türkiyədə dolların məzənnəsi 26 lirəni ötüb

Maliyyə Materials 27 İyun 2023 11:18 (UTC +04:00)
Türkiyədə dolların məzənnəsi 26 lirəni ötüb

Bakı. Trend:

Türkiyə lirəsi dollar və avro qarşısında ucuzlaşmaqda davam edir.

Trend-in Türkiyə KİV-ə istinadən məlumatına görə, Türkiyə valyutası ucuzlaşmaqda antirekordu yeniləyib.

İyunun 27-də birjalarda 1 dollar 26,01 lirə, avro isə 28,41 lirə səviyyəsinə qədər yüksəlib.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yüksəltdikdən sonra lirə kəskin dəyər itirməkdədir. Son bir ayda Türkiyə valyutası 25 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti