...

Azərbaycan Beynəlxalq Bankı səhmlərin emissiyası üzrə brifinq keçirib (ƏLAVƏ OLUNUB) (FOTO)

Maliyyə Materials 24 Sentyabr 2024 12:17 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı səhmlərin emissiyası üzrə brifinq keçirib (ƏLAVƏ OLUNUB) (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı (ABB) brifinq keçirib.

Trend xəbər verir ki, brifinq bankın səhmlərinin emissiyası üzrə yekunlara həsr olunub.

Qeyd edək ki, 11 iyun-10 sentyabr 2024-cü il tarixlərində ABB-nin 322 milyon həcmində yeni emissiyası çərçivəsində səhmlərə abunə qəbul edilib. Hər bir səhmin nominal dəyəri 0,27 manatdan ibarətdir.

ABB-nin idarə heyətinin sədri Abbas İbrahimovun sözlərinə görə, yeni səhmlərin tam yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalında özəl investorların payı 10 faizə, dövlətin payı isə 90 faizə enəcək.

İctimai yerləşdirmənin əsas məqsədi özəl investorlar və kiçik səhmdarları cəlb etməkdir. Bu səbəbdən bir investor üçün maksimum abunə limiti 20 min manat məbləğində 75 min səhm təşkil edir.

ABB-nin idarə heyətinin sədri Abbas İbrahimov bildirib ki, təxminən 100-150 nəfər Azərbaycan Beynəlxalq Bank (ABB) tərəfindən təklif olunan maksimal səhm paketini (400 min) satın alıb.

O əlavə edib ki, minimal səhm paketi isə təxminən 2-3 min investor tərəfindən alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti