...

Azərbaycanda avtomobillər üçün elektrik enerjisi doldurma məntəqələri quraşdırılacaq

Yaşıl iqtisadiyyat Materials 7 Mart 2024 13:50 (UTC +04:00)
Azərbaycanda avtomobillər üçün elektrik enerjisi doldurma məntəqələri quraşdırılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda avtomobillər üçün elektrik enerjisi doldurma məntəqələri quraşdırılacaq.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti