...

Ali Səviyyəli Toplantıda “Elm, Texnologiya və İnnovasiyanın Rolu” adlı panel müzakirəsi keçirilib

Yaşıl iqtisadiyyat Materials 20 İyun 2024 10:31 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda “Elm, Texnologiya və İnnovasiyanın Rolu” adlı panel müzakirəsi keçirilib.

Trend xəbər verir ki, sessiyada iqlim dəyişikliyi probleminin öhdəsindən necə gələ biləcəyimiz və biologiya, İKT, süni intellektin verə biləcəyi töhfələr haqqında məlumat verilib.

Müzakirələr bu faydaları yoxsullara və həssas təbəqələrə çatdırmaq qabiliyyətimizə təsir göstərə biləcək siyasi və institusional və hüquqi məsələlərə aydınlıq gətirilib.

Paneldə çıxışı zamanı Qırğızıstanın sabiq baş naziri Djoomart Otorbayev bildirib ki, Azərbaycanın prioriteti enerji bazarı deyil, elm və innovasiyadır.

“Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə şüphəmiz yoxdur. Biz bilirik ki, Azərbaycanın prioriteti yalnız enerji deyil. Azərbaycan elm və innovasiyaya xüsusi önəm verir. Bu yolla biz geosiyasətdən çıxmış oluruq. Bu zaman daha böyük uğurlar qazanmış olacağıq”,- deyə o bildirib.

Rumıniyanın sabiq baş naziri Petre Roman əlavə edib ki, iqlim dəyişliklərinin həlli üçün kompleks tədbirlər görülməlidir.

“Yerin iqlimi, əsas faktların da olduğu bir kompleksdir. İqlim elmi mürəkkəbliyi öyrənir. Lakin iqlim dəyişiklikləri ilə bağlı elm qənaətbəxş səviyyədə deyil. İstədiyimiz nəticədən çox uzağıq”,- deyə P.Roman bildirib.

Milli Məclisin deputatı, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai qeyd edib ki, BMT-nin yüksək səviyyəli iqlim liderinin COP29-da əsas prioriteti iqlim dəyişikliyi problemlərinin həllində biznesi cəlb etməkdir.

“Bizneslərin töhfə verməsi üçün biz universitetlərimizi inkişaf etdirməli, yaşıl innovasiyaları dəstəkləmək üçün tədqiqatları təşviq etməliyik”,- N.Arpadarai əlavə edib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti