...

Özbəkistan COP29 çərçivəsində Azərbaycana hər cür dəstəyi göstərməyə hazırdır - Şavkat Mirziyoyev

Yaşıl iqtisadiyyat Materials 6 İyul 2024 13:15 (UTC +04:00)
Özbəkistan COP29 çərçivəsində Azərbaycana hər cür dəstəyi göstərməyə hazırdır - Şavkat Mirziyoyev
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Şuşa. Trend:

Özbəkistan COP29 çərçivəsində Azərbaycana hər cür dəstəyi göstərməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

"Bu region iqlim dəyişikliyinə qarşı daha həssasdır. İnanıram ki, biz iqlim dəyişikliyi ilə mübarizə mərkəzi yarada biləcəyik. COP29 bütün TDT ölkələri üçün böyük tarixi hadisə olacaq. Azərbaycana hər cür uğur arzulayıram. Bu tədbirdə fəal iştirak etməyə və Azərbaycana hər cür köməklik göstərməyə hazırıq", - o deyib.

Daha sonra o TDT çərçivəsində ticarətin həcminin 27 faiz artdığını qeyd edib.

"Bu il də artım gözlənilir və biz bu tendensiyanın qorunmasında maraqlıyıq. Bundan başqa, təşkilat daxilində rəqəmsal sistemlər yaradılıb. Ümid edirəm ki, təşkilatımızın tərkibində baş ofisi Daşkənddə yerləşən Dəmir Yolu İdarəetmə Şurası yaratmaq mümkün olacaq", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti